İngiltərə və Uelsdə istilər 2700-dən çox insanın ölümünə səbəb ola bilər

İngiltərə və Uelsdə istilər 2700-dən çox insanın ölümünə səbəb ola bilər

DÜNYA
299

Fins.az - London İmperial Kolleci, Böyük Britaniyanın Meteorologiya Xidməti və London Gigiyena və Tropik Tibb Məktəbinin alimlərinin hesablamalarına görə, may və iyun aylarında İngiltərə və Uelsdə müşahidə olunan qeyri-adi isti hava şəraiti nəticəsində 2700-dən çox insan istilə bağlı səbəblərdən həyatını itirmiş ola bilər.

Tədqiqatçıların qiymətləndirməsinə əsasən, 21–29 may tarixlərində baş verən isti hava dalğası zamanı təxminən 550 ölüm, 18–28 iyun tarixlərində isə 2200-ə yaxın ölüm qeydə alınıb.

Mütəxəssislər bildirirlər ki, ölüm hallarının böyük əksəriyyəti iyun ayındakı daha güclü isti dalğası ilə əlaqədardır. Araşdırmada xüsusilə yaşlılar və sağlamlıq problemləri olan şəxslərin yüksək temperaturdan daha çox risk altında olduğu vurğulanır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İngiltərə və Uelsdə istilər 2700-dən çox insanın ölümünə səbəb ola bilər — Fins.az — Fins.az