
İlon Mask insan beyni üçün çipi təqdim etdi
ABŞ-ın "Tesla" və "Speys X" şirkətlərinin sahibi İlon Mask insan beyni ilə kompüter arasında birbaşa interfeys yaradan çipi təqdim edib.
Fins.az xəbər verir ki, bu barədə "Hüriyyət" məlumat yayıb.
"Neuralink" şirkəti tərəfindən hazırlanan çip vasitəsi ilə beyin və sinir xəstəliklərinin müalicə edilə və ya xəstəliyin irəliləməsinin qarşısının alına biləcəyi qeyd edilib.
Mask çipin əvvəlcə donuz üzərində test edildiyini və beyin dalğalarının oxunması nəticəsində donuzun beynində heç bir mənfi təsir olmadığını bildirib:
"Bu çiplə karlıq, korluq və hətta iflic kimi xəstəlikləri belə müalicə edə bilərsiniz".
Mask çipin bazara nə zaman təqdim ediləcəyi barədə konkret vaxt açıqlamasa da, onun qiymətinin son model ağıllı telefondan baha olmayacağını bildirib.