İlk dəfə ən çox qazanan şirkət rəhbəri bir qadın olub

İlk dəfə ən çox qazanan şirkət rəhbəri bir qadın olub

DÜNYA
611

Associated Press üçün Equilar tərəfindən hazırlanan "Ən çox qazanan CEO-lar" siyahısına görə, 2019-cu ildə birinci yeri texnologiya şirkəti Advanced Micro Devices-in (AMD) İcraçı direktoru Lisa Su tutub. Onun şirkətdən illik qazancı 58,5 milyon dollar təşkil edib. 
Fins.az xəbər verir ki, Su-nun AMD-dən aldığı maaş bir milyon dollardır, buna 1,2 milyon dollarlıq performans bonusu da əlavə olunub. Həmçinin Su keçən il 3 milyon dollarlıq səhm opsiyonu və səhmlərinə görə 53 milyon dollar dividend alıb.

Su-nun AMD-dən aldığı ödəniş 2018-ci illə müqayisədə 2019-cu ildə 4 dəfə artıb.

Qadın menecer 2014-də şirkətin rəhbəri təyin ediləndə bir AMD səhimi 3 dollar idi, bu gün isə təxminən 55 dollardan satılır.

500 Amerikan şirkətini əhatə edən S&P 500-də ən çox ödəniş alan 50 yaşındakı Su-dur, onun ardınca 45,8 milyon dollarla Discovery Inc. şirkətinin rəhbəri David M. Zaslav gəlir. İllik 45,5 milyon dollar gəlirlə də Walt Disney-in direktoru Robert A. Iger üçüncü yerdədir.

Cəmi 329 adın yer aldığı siyahıda yalnız 20 qadın rəhbərin adı var. Lisa Su-dan sonra gələn ilk qadın, Lockheed Martin-in direktoru Marillyn A. Hewson ildə 24,4 milyon dollar ödəniş alır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İlk dəfə ən çox qazanan şirkət rəhbəri bir qadın olub — Fins.az — Fins.az