İlk 18 ədəd MS-21 təyyarəsinin tədarükü 2026–2027-ci illərə planlaşdırılıb

İlk 18 ədəd MS-21 təyyarəsinin tədarükü 2026–2027-ci illərə planlaşdırılıb

DÜNYA
317

Fins.az - Rusiyanın MS-21 sərnişin təyyarələrinin ilk partiyasının 2026–2027-ci illərdə təhvil verilməsi planlaşdırılır.

Hazırda 18 ədəd seriyalı təyyarə üçün müqavilə bağlanıb və bu təyyarələrin əsas alıcısı “Aeroflot” olacaq. Layihə çərçivəsində təyyarənin texniki xüsusiyyətləri və dizaynı artıq razılaşdırılıb.

Eyni zamanda, istismar sistemi və satışdan sonrakı xidmət mexanizmlərinin hazırlanması üzrə işlər yekun mərhələyə yaxınlaşır.

MS-21 layihəsi Rusiyanın müasir orta məsafəli sərnişin təyyarəsi yaratmaq istiqamətində əsas təşəbbüslərindən biri hesab olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İlk 18 ədəd MS-21 təyyarəsinin tədarükü 2026–2027-ci illərə planlaşdırılıb — Fins.az — Fins.az