İkiqat “Grammy” mükafatçısı koronavirusdan öldü

İkiqat “Grammy” mükafatçısı koronavirusdan öldü

DÜNYA
533

Amerikalı müğənni Con Prayn koronavirusdan dünyasını dəyişib.

Bu barədə “Reuters” xəbər yayıb.

Martın 17-də 73 yaşlı Prayn və xanımı Fionanın koronavirusa yoluxduqları məlum olub.

Martın 26-da Prayn Neşvill şəhərində xəstəxanaya yerləşdirilib. Müğənni infeksiya nəticəsində yaranan ağırlaşmalara görə ölüb.

Con Prayn öz mahnılarının müəllifi və ifaçısı olub. O, eyni zamanda bir çox sənətkarlar üçün bəstələr yazıb. Prayn kantri və folk (xalq musiqisi) janrlarının klassiklərindən sayılır.

Con Prayn “Ən yaxşı müasir folk-albomu” kateqoriyasında ikiqat “Grammy” mükafatçısıdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İkiqat “Grammy” mükafatçısı koronavirusdan öldü — Fins.az — Fins.az