
IKEA: kiçik kənddən dünyanın ən böyük mebel brendinə uzanan yol
Fins.az - Dünyanın ən böyük mebel şirkətlərindən biri olan IKEA-nın əsası 1943-cü ildə 17 yaşlı isveçli İnqvar Kamprad tərəfindən qoyulub.
Şirkət İsveçin kiçik Aqunnaryud kəndində yaradılıb. IKEA adının mənşəyi də təsisçinin adı və doğulduğu məkanlarla bağlıdır:
İ – İnqvar,
K – Kamprad,
E – Elmtaryud (böyüdüyü ferma),
A – Aqunnaryud (ailə fermasının yerləşdiyi kənd).
Bu gün IKEA innovativ yanaşması, funksional dizaynı və əlçatan qiymət siyasəti ilə dünyanın aparıcı mebel brendlərindən biri hesab olunur.
Şirkətin yaranma tarixi və inkişaf yolu haqqında daha ətraflı məlumat AZƏRTAC-ın hazırladığı videoreportajda təqdim olunur.