IFRC Venesuelaya 2 milyon İsveçrə frankı ayırıb

IFRC Venesuelaya 2 milyon İsveçrə frankı ayırıb

DÜNYA
118

Fins.az - Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyası (IFRC) Venesuelada baş vermiş və 160-dan çox insanın həyatına son qoymuş iki güclü zəlzələnin nəticələrinin aradan qaldırılması üçün 2 milyon İsveçrə frankı (təxminən 2,5 milyon ABŞ dolları) ayırıb.

Təşkilatın məlumatına görə, vəsait Təbii Fəlakətlərə Təcili Reaksiya Fondundan (DREF) ayrılıb.

Qeyd olunur ki, maliyyə dəstəyi fövqəladə yardım əməliyyatlarının genişləndirilməsinə və zərər çəkmiş icmalara ən kritik saatlarda dəstək göstərilməsinə imkan verəcək.

IFRC zəlzələdən zərər çəkən ərazilərdə humanitar yardım və bərpa işlərinin davam etdiyini bildirib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
IFRC Venesuelaya 2 milyon İsveçrə frankı ayırıb — Fins.az — Fins.az