Hyundai ABŞ-də 420 mindən çox avtomobili geri çağırır

Hyundai ABŞ-də 420 mindən çox avtomobili geri çağırır

DÜNYA
378

Fins.az - Hyundai Motor Company ABŞ-də 421 mindən çox avtomobili geri çağırmaq qərarı verib.

National Highway Traffic Safety Administration tərəfindən yayılan məlumata görə, buna səbəb proqram təminatındakı nasazlıqdır. Həmin problem əyləc sisteminin gözlənilmədən işə düşməsinə səbəb ola bilər.

Geri çağırılma kampaniyası 2025–2026-cı illərdə istehsal olunan bəzi Hyundai Santa Cruz, Hyundai Tucson, Tucson Hybrid və Tucson Plug-In Hybrid modellərini əhatə edir.

Şirkət problemin aradan qaldırılması üçün avtomobillərin proqram təminatını yeniləyəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Hyundai ABŞ-də 420 mindən çox avtomobili geri çağırır — Fins.az — Fins.az