
Hyundai ABŞ-da 294 mindən çox avtomobili geri çağırır
Fins.az - Cənubi Koreyanın Hyundai Motor şirkəti ABŞ-da təhlükəsizlik problemi səbəbindən 294 mindən çox avtomobili geri çağırır.
ABŞ-ın Yol Hərəkəti Təhlükəsizliyi üzrə Milli Administrasiyasının (NHTSA) məlumatına görə, problem təhlükəsizlik kəmərlərinin bərkidici hissələrinin ayrılması riski ilə bağlıdır.
Geri çağırma kampaniyası Hyundai Ioniq 6, Genesis G90, həmçinin daxili yanma mühərrikli və hibrid versiyalı Hyundai Santa Fe modellərini əhatə edir. Dilerlər avtomobilləri yoxlayacaq və zərurət yaranarsa, kəmər bərkidicilərini dəyişdirəcəklər.
Bundan əlavə, ABŞ-ın Lucid şirkəti də istehsal qüsuru səbəbindən 3,63 min elektrik avtomobilini geri çağıracaq. Bildirilir ki, bu qüsur yarımoxun ötürücü sistemdən ayrılmasına səbəb ola bilər və qəza riskini artırır.