Hörmüz boğazının bağlanması qlobal neft ehtiyatlarını azalda bilər

Hörmüz boğazının bağlanması qlobal neft ehtiyatlarını azalda bilər

DÜNYA
206

Fins.az - Analitiklərin qiymətləndirməsinə görə, Hörmüz boğazının uzunmüddətli bağlanması dünya neft ehtiyatlarının əhəmiyyətli dərəcədə azalmasına səbəb ola bilər.

Məlumata əsasən, Yaxın Şərqin əsas enerji və logistika marşrutlarından biri hesab edilən Hörmüz boğazında nəqliyyatın dayanması neft təklifi ilə tələbi arasındakı tarazlığı daha da poza bilər.

Bu halda bir çox ölkənin bazardakı sabitliyi qorumaq məqsədilə strateji neft ehtiyatlarından istifadə etməyə başlayacağı bildirilir.

Mütəxəssislər hesab edirlər ki, ehtiyatların sürətlə azalması neft qiymətlərinin daha da yüksəlməsinə və qlobal enerji bazarında çatışmazlıq riskinin artmasına səbəb ola bilər.

Qeyd olunur ki, belə bir ssenari dünya iqtisadiyyatı üçün ciddi çağırışlar yarada və enerji daşıyıcılarının qiymətlərinə əlavə təzyiq göstərə bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Hörmüz boğazının bağlanması qlobal neft ehtiyatlarını azalda bilər — Fins.az — Fins.az