Hörmüz boğazının açılması alüminium qiymətlərini aşağı salıb

Hörmüz boğazının açılması alüminium qiymətlərini aşağı salıb

DÜNYA
351

Fins.az - Hörmüz boğazının yenidən açılması ilə bağlı xəbərlər qlobal bazarlarda alüminium qiymətlərinin kəskin azalmasına səbəb olub.

London birjasında üçaylıq alüminium müqavilələrinin qiyməti 5,7 faizə qədər enib və bir ton metal 3540 dollar səviyyəsində ticarət olunub.

Ekspertlər bildirirlər ki, bu proses Yaxın Şərqin iri istehsalçıları – Bəhreyn, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin ixrac imkanlarının bərpa olunması ilə bağlıdır.

Qeyd edək ki, regionda baş verən gərginliklər səbəbindən alüminiumun qiyməti son illərdə yüksək səviyyəyə qalxmışdı. Hörmüz boğazında nəqliyyatın iflic olması qlobal təchizat zəncirinə ciddi təsir göstərmişdi. Dünya alüminium istehsalının təxminən 10 faizi məhz bu regionun payına düşür.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Hörmüz boğazının açılması alüminium qiymətlərini aşağı salıb — Fins.az — Fins.az