Honkonq Çinin materik hissəsi ilə sərhədləri müvəqqəti bağlayacaq

Honkonq Çinin materik hissəsi ilə sərhədləri müvəqqəti bağlayacaq

DÜNYA
918

Honkonq Çinin materik hissəsi ilə bəzi sərhədləri müvəqqəti olaraq bağlayacaq.

Fins.az-ın CNN-ə istinadən verdiyi xəbərə görə, bu barədə Honkonq hökumətinin başçısı Kerri Lam deyib. 

Kerri Lam bildirib ki, Çinin materik hissəsindən gələn turistlərə səyahət icazəsinin verilməsi də məhdudlaşdırılacaq.

 

Hökumət başçısı bildirib ki, bu qərar Çində yayılan koronavirus təhlükəsi ilə bağlıdır.

Qeyd edək ki, Honkonq dünyanın ən sıx məskunlaşılmış şəhərlərindən biridir. Xəstəliyin yayılması üçün burada ideal şərait var. 

2002-2003-cü illərdə Honkonqda yayılan kəskin tənəffüs sindromuna (SARS) 1750 insan yoluxub və nəticədə 280-dən çox insan ölüb.

©Apa

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Honkonq Çinin materik hissəsi ilə sərhədləri müvəqqəti bağlayacaq — Fins.az — Fins.az