
Hindistanın neft idxalı aprel ayında 34 faiz azalıb
Fins.az - Hindistan 2026-cı ilin aprel ayında 19,53 milyon ton neft idxal edib.
Bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 34,1 faiz azdır. Həmin dövrdə ölkə 29,64 milyon ton neft idxal etmişdi.
Maliyyə baxımından neft idxalının dəyəri 9,4 faiz azalaraq 15,37 milyard ABŞ dolları təşkil edib.
Müqayisə üçün, 2026-cı ilin mart ayında Hindistan 15,849 milyon ton neft almış və bunun üçün 9,531 milyard ABŞ dolları xərcləmişdi.