
Hindistanın baş naziri ilk dəfə Slovakiyaya səfər edəcək
Fins.az - Narendra Modi 14–15 iyun tarixlərində Slovakiyayə rəsmi səfər edəcək.
Məlumata görə, Narendra Modi bildirib ki, Slovakiyanın müstəqillik əldə etməsindən sonra heç bir Hindistan baş naziri bu ölkəyə səfər etməyib və bu, tarixi səfər hesab olunur.
Səfər çərçivəsində ikitərəfli münasibətlərin, iqtisadi əməkdaşlığın və siyasi dialoqun genişləndirilməsi məsələlərinin müzakirə olunacağı gözlənilir.