Hindistanda elektrik stansiyasında partlayış: ölənlərin sayı 24-ə çatıb

Hindistanda elektrik stansiyasında partlayış: ölənlərin sayı 24-ə çatıb

DÜNYA
384

Fins.az - Hindistanın Çhattisqarh ştatında yerləşən Vedanta elektrik stansiyasında baş verən partlayış nəticəsində ölənlərin sayı 24 nəfərə yüksəlib.

Məlumata görə, hadisə 14 apreldə Singhitara kəndində yerləşən müəssisədə baş verib. Partlayış yüksək təzyiqli buxar xəttində qeydə alınıb və nəticədə ilkin mərhələdə 10 nəfər həyatını itirib, onlarla insan isə ağır yanıq xəsarətləri alıb.

Sonradan xəstəxanalarda müalicə alan 14 yaralının da həyatını itirməsi ilə ölənlərin sayı artıb. Hazırda bir neçə yaralının vəziyyətinin kritik olduğu bildirilir.

Polis hadisə ilə bağlı ehtiyatsızlıq nəticəsində ölüm və avadanlıqla düzgün davranmama maddələri üzrə cinayət işi açıb. İş üzrə Vedanta Group rəhbərliyinə daxil olan bir neçə şəxsin də araşdırıldığı qeyd olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Hindistanda elektrik stansiyasında partlayış: ölənlərin sayı 24-ə çatıb — Fins.az — Fins.az