Heineken ilin sonuna qədər Rusiyadakı biznesini satmağı planlaşdırır

Heineken ilin sonuna qədər Rusiyadakı biznesini satmağı planlaşdırır

DÜNYA
1,022

Hollandiyalı pivə istehsalçısı Heineken ilin ikinci yarısında Rusiyadakı biznesini satmaq barədə razılığa gəlməyi planlaşdırır.

"Fins.az" xəbər verir ki, bu barədə şirkətin bazar ertəsi dərc edilmiş ilin birinci yarısı üzrə hesabatında deyilir.

Sənəddə deyilir: “Bizim biznesimizin nizamlı şəkildə yeni sahibinə verilməsi ilə bağlı irəliləyiş əldə olunub və ilin ikinci yarısında razılığın əldə olunması gözlənilir”.

İyunun 30-na şirkət Rusiyadakı aktivlərini 475 milyon avro dəyərində qiymətləndirib, borc öhdəlikləri isə təxminən 275 milyon avro təşkil edib.

Heineken martın 28-də Rusiya bazarından çıxdığını elan etdi. O zaman şirkət bunun 400 milyon avroya yaxın itki ilə nəticələnəcəyini gözləyirdi.Lakin indiki hesablamalara görə, biznesin Rusiyada satışından əldə olunan gəlir gözlənilən itkilərdən çox olacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Heineken ilin sonuna qədər Rusiyadakı biznesini satmağı planlaşdırır — Fins.az — Fins.az