Haval-ın yeni flaqman krossoveri Great Wall H10 adını aldı

Haval-ın yeni flaqman krossoveri Great Wall H10 adını aldı

DÜNYA
294

Fins.az - Çinin Great Wall Motor konserni Haval markasının yeni flaqman krossoverinin adını açıqlayıb. Model daxili bazarda Great Wall H10 adı ilə satışa çıxarılacaq.

Yeni SUV brendin ən böyük və güclü modellərindən biri olacaq. O, iki fərqli uzunluq variantında təqdim ediləcək və iki hibrid güc qurğusu ilə təchiz olunacaq.

Modelin dizaynı artıq rəsmi şəkillərdə nümayiş etdirilib və avtomobilin ön hissəsində Haval loqosu saxlanılıb. Bu səbəbdən modelin tam adı Haval Great Wall H10 kimi səslənə bilər.

Bununla yanaşı, krossoverin beynəlxalq bazarlarda daha sadə adla – Haval H10 kimi təqdim olunacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Haval-ın yeni flaqman krossoveri Great Wall H10 adını aldı — Fins.az — Fins.az