
Hamburqdakı hotel yanğınında 14 nəfər xəsarət alıb
Fins.az - Almaniyanın Hamburq şəhərində hotellərdən birində baş verən yanğın nəticəsində 14 nəfər xəsarət alıb.
Məlumata görə, yaralananlar arasında vəziyyəti ağır olan şəxslər də var.
Hadisə yerinə təxminən 160 xilasedici və yanğınsöndürən cəlb olunub. Yanğının söndürülməsi və insanların təhlükəsiz şəkildə təxliyəsi istiqamətində əməliyyat aparılıb.
Hazırda yanğının başvermə səbəbləri araşdırılır. Yerli qurumlar hadisə ilə bağlı istintaq tədbirlərini davam etdirirlər.