Hakerlər ABŞ xəzinəsinə və ABŞ Ticarət Nazirliyinin sisteminə hücum edib

Hakerlər ABŞ xəzinəsinə və ABŞ Ticarət Nazirliyinin sisteminə hücum edib

DÜNYA
392

Bakı 14 dekabr   Fins.az

 

Hakerlər, ABŞ-ın Maliyyə Nazirliyinin və Milli Telekommunikasiya və İnformasiya İdarəsinin (NTIA) ssistemlərini pozublar.

Fins.az xəbər verir ki, onların məlumatlarına görə, xarici hökumət tərəfindən dəstəklənən bir qrup haker, hər iki departamentin sistemlərinə giriş əldə edərək məlumatları oğurlayıb

Washington Post qəzetinin yazdığına görə, kiberhücumların arxasında Rusiya Xarici Kəşfiyyat Xidmətində çalışdığı iddia edilən APT29 və ya Cozy Bear haker qrupu dayanır.

Federal Təhqiqatlar Bürosu araşdırma aparır, hakerlərin hansı məlumatlara giriş əldə etdikləri məlum deyil.

NTIA-ya nəzarət edən ABŞ Ticarət Nazirliyinin bir rəsmisi NBC News-a nəzarət sistemlərinin pozulduğunu təsdiqləyib.

Müəllif:Aynur Qəniyeva 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Hakerlər ABŞ xəzinəsinə və ABŞ Ticarət Nazirliyinin sisteminə hücum edib — Fins.az — Fins.az