
Gürcüstanın xarici ticarət dövriyyəsi 8,1 milyard dollara çatıb
2026-cı ilin yanvar–aprel aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi (bəyan edilməmiş ticarət istisna olmaqla) 8 132,1 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7% artım deməkdir.
Fins.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.
Məlumata əsasən, hesabat dövründə ixracın həcmi 21,1% artaraq 2 439,8 milyon ABŞ dollarına çatıb. İdxalın həcmi isə 5 692,3 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,9% azalma deməkdir.
2026-cı ilin yanvar–aprel aylarında Gürcüstanın xarici ticarətində mənfi ticarət saldosu 3 252,5 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ümumi ticarət dövriyyəsinin 40%-nə bərabərdir.