
Gürcüstanın xarici ticarət dövriyyəsi 5,8 milyard dolları keçib
Gürcüstanın xarici ticarət göstəricilərində əhəmiyyətli artım qeydə alınıb.
Fins.az xəbər verir ki, məlumatı Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yayıb.
Nazir müavini Vaxtanq Tsintsadze bildirib ki, 2026-cı ilin mart ayında ölkənin ixracı 697 milyon dolları ötərək rekord səviyyəyə çatıb.
Onun sözlərinə görə, yanvar–mart ayları üzrə ümumi ixrac həcmi 1,7 milyard dolları keçib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 23% artım deməkdir.
Eyni zamanda, xarici ticarət dövriyyəsində də müsbət dinamika müşahidə olunub. Mart ayında ticarət dövriyyəsi 2,28 milyard dollar təşkil edib və bu, illik müqayisədə 9,7% artım deməkdir. Birinci rüb üzrə isə ümumi ticarət dövriyyəsi 5,86 milyard dollara çatıb.
Rəsmi qeyd edib ki, bu göstəricilər ölkədə iqtisadi aktivliyin artdığını nümayiş etdirir və iqtisadiyyatın beynəlxalq maliyyə institutlarının proqnozlarından daha sürətli inkişaf edə biləcəyini göstərir.