
Gürcüstandakı Azərbaycan vətəndaşları üçün ASAN xidmət təşkil olunacaq
Fins.az - ASAN xidmət çərçivəsində Gürcüstanda yaşayan Azərbaycan vətəndaşları üçün səyyar xidmət təşkil olunacaq.
5, 6 və 7 iyun 2026-cı il tarixlərində Azərbaycanın Gürcüstandakı səfirliyinın bazasında müxtəlif dövlət xidmətləri təqdim ediləcək.
Bu xidmətlərə şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin yenilənməsi, eləcə də məhkumluq barədə arayışların təqdim olunması daxildir.
Vətəndaşlardan xidmətlərdən yararlanmaq üçün əvvəlcədən səfirliyin elektron növbə sistemi vasitəsilə qeydiyyatdan keçmək və təyin olunmuş vaxtdan ən azı 15 dəqiqə əvvəl gəlmək tələb olunur.