Gürcüstanda yeni “Egrisi Milli Parkı” yaradılır

Gürcüstanda yeni “Egrisi Milli Parkı” yaradılır

DÜNYA
360

Fins.az - Gürcüstanın Sameqrelo bölgəsində yeni qorunan ərazi – “Egrisi Milli Parkı”nın yaradılması planlaşdırılır.

Məlumata görə, müvafiq qanun layihəsi artıq Gürcüstan Parlamentinə təqdim edilib. Yeni parkın ümumi sahəsi 37 074 hektar olacaq və Tsalenjixa, Çxorotsku və Martvili bələdiyyələrini əhatə edəcək. Qanunun 2027-ci ildə qüvvəyə minməsi nəzərdə tutulur.

Hazırda Gürcüstanda 94 qorunan ərazi mövcuddur, onlardan 15-i milli park statusuna malikdir.

Qeyd edək ki, Egrisi bölgəsi IV–V əsrlərə aid qədim tarixi ərazi kimi tanınır və Gürcüstan tarixində Kolxeti və Lazika ilə eyni inzibati anlayışlarla əlaqələndirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Gürcüstanda yeni “Egrisi Milli Parkı” yaradılır — Fins.az — Fins.az