Gürcüstanda dəmir yollarında yeni polis xidməti fəaliyyətə başlayıb

Gürcüstanda dəmir yollarında yeni polis xidməti fəaliyyətə başlayıb

DÜNYA
127

Fins.az - Bu gündən etibarən Gürcüstanda ilk dəfə olaraq sərnişin qatarlarında təhlükəsizliyin təmin edilməsi Təhlükəsizlik Polisi tərəfindən həyata keçiriləcək.

Gürcüstan Dəmir Yollarının yaydığı məlumata görə, yeni xidmət ölkə üzrə 76 obyektdə fəaliyyət göstərəcək.

Təhlükəsizlik Polisi İdarəsinin 818 əməkdaşı strateji əhəmiyyət daşıyan dəmir yolu körpülərini, tunelləri, depoları, dəmir yolu stansiyalarını və digər infrastruktur obyektlərini sutka ərzində fasiləsiz mühafizə edəcək.

Yeni xidmətin əsas məqsədi sərnişinlərin təhlükəsizliyini gücləndirmək, həmçinin dəmir yolu infrastrukturunun etibarlı mühafizəsini təmin etməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Gürcüstanda dəmir yollarında yeni polis xidməti fəaliyyətə başlayıb — Fins.az — Fins.az