
Gürcüstanda 11 milyon dollardan çox dəyərində metamfetamin ələ keçirilib
Fins.az - Gürcüstan polisi və gömrük əməkdaşları ölkədən tranzit keçmək istəyən iri həcmli narkotik partiyasını ələ keçiriblər.
Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin direktoru David Kiknadze bildirib ki, əməliyyat nəticəsində təxminən 30 milyon lari (11 milyon dollardan çox) dəyərində 103 kiloqram metamfetamin müsadirə olunub.
Narkotik maddə qonşu ölkədən daxil olan yük avtomobilində gizlədilmiş vəziyyətdə aşkar edilib.
Faktla bağlı bir nəfər saxlanılıb və araşdırmalar davam etdirilir.