Gürcüstan pandemiya dövründə 2 milyard dollara yaxın borc götürüb

Gürcüstan pandemiya dövründə 2 milyard dollara yaxın borc götürüb

DÜNYA
390

Gürcüstan koronavirus (COVID-19) pandemiyası dövründə beynəlxalq tərəfdaşlarından 1,9 milyard ABŞ dolları vəsait əldə edib.

Bunu jurnalistlərə açıqlamasında qonşu ölkənin maliyyə nazirinin müavini Giorgi Kakauridze bildirib.

O, məbləğin əsas hissəsinin borc olduğunu və 100 milyon avro qrant da alındığını deyib.

Nazir müavini həmçinin vurğulayıb ki, bu ilin I rübündə səhiyyə sektorunda pandemiya ilə bağlı xərclər 176,6 milyon lari (təxminən 53 milyon ABŞ dollar) təşkil edib.

© Report

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Gürcüstan pandemiya dövründə 2 milyard dollara yaxın borc götürüb — Fins.az — Fins.az