Gürcüstan və Özbəkistan prezidentləri strateji tərəfdaşlığı müzakirə ediblər

Gürcüstan və Özbəkistan prezidentləri strateji tərəfdaşlığı müzakirə ediblər

DÜNYA
122

Fins.az - Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə təkbətək görüş keçirib.

Gürcüstan Prezident Administrasiyasının məlumatına görə, görüşdə iki ölkə arasında əməkdaşlığın gündəliyi və ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər strateji tərəfdaşlıq haqqında sənədin imzalanmasının əhəmiyyətini vurğulayaraq, bunun Gürcüstan və Özbəkistan arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldəcəyini bildiriblər.

Görüşdə, həmçinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionları arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Gürcüstan və Özbəkistan prezidentləri strateji tərəfdaşlığı müzakirə ediblər — Fins.az — Fins.az