Gürcüstan hökuməti “Elektron ticarət” haqqında qanun layihəsi hazırlayıb

Gürcüstan hökuməti “Elektron ticarət” haqqında qanun layihəsi hazırlayıb

DÜNYA
2,398

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi “Elektron ticarət” haqqında qanun layihəsi hazırlayıb.

Fins.az xəbər verir ki, bu barədə jurnalistlərə iqtisadiyyat nazirinin müavini Gennadi Arveladze məlumat verib.

Layihə yaxın günlərdə parlamentə təqdim olunacaq.

Nazirlik bundan başqa “Poçt haqqında” da qanun layihəsi hazırlayır. Layihə bir ay ərzində parlamentarilərin müzakirəsinə çıxarılacaq.

G.Arveladze deyib: “Pandemiya dövründə ölkədə lokdaun yarandı. Məlum oldu ki, bu qanunlara ciddi ehtiyac var. Ona görə də nazirlik bu iki qanun layihəsini hazırlamağı məqsədəuyğun hesab edib”.

Onun sözlərinə görə, bu qanun ölkədə təkcə ticarət əməliyyatlarının deyil, digər kommersiya fəaliyyətlərinin də genişlənməsinə imkan yaradacaq.

© azertac

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Gürcüstan hökuməti “Elektron ticarət” haqqında qanun layihəsi hazırlayıb — Fins.az — Fins.az