
Bu gün Bakıda UFC turniri keçiriləcək
Fins.az - Bu gün Bakıda Ultimate Fighting Championship (UFC) təşkilatının ikinci turniri keçiriləcək.
Yarışlar Milli Gimnastika Arenasında baş tutacaq. İlkin döyüşlər saat 17:00-da, əsas qarşılaşmalar isə 20:00-da start götürəcək.
Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə Meksika idmançısı Manuel Torres ilə üz-üzə gələcək.
Turnirdə müxtəlif çəki dərəcələri üzrə bir sıra maraqlı qarşılaşmaların keçirilməsi nəzərdə tutulur. Bakıda təşkil olunan UFC gecəsi dünyanın müxtəlif ölkələrindən olan döyüş həvəskarlarının diqqət mərkəzində olacaq.