
Goldman Sachs: Qlobal neft ehtiyatları son 8 ilin minimumuna enib
Fins.az - Goldman Sachs qlobal neft ehtiyatlarının son 8 ilin ən aşağı səviyyələrinə yaxınlaşdığını açıqlayıb.
Bildirilir ki, Hörmüz boğazında təchizat məhdudiyyətləri səbəbindən xam neft ehtiyatları sürətlə azalır və bu vəziyyət bazarlarda riskləri artırır.
Bankın qiymətləndirməsinə görə, mövcud ehtiyatlar hazırda qlobal tələbatı təxminən 101 gün ərzində ödəyə bilir. Lakin bu göstəricinin may ayının sonuna qədər 98 günə qədər azalacağı gözlənilir.
Ekspertlər qeyd edirlər ki, təchizatın azalması və geosiyasi gərginliklər fonunda neft bazarında qeyri-müəyyənlik daha da güclənə bilər.