Gələn il dünyada temperatur rekord səviyyəyə çata bilər

Gələn il dünyada temperatur rekord səviyyəyə çata bilər

DÜNYA
379

Fins.az - Dünyada yaxın illərdə rekord istilərin müşahidə oluna biləcəyi bildirilir. Alimlərin fikrincə, yaxın aylarda formalaşması gözlənilən “El Nino” iqlim hadisəsi qlobal temperaturun daha da yüksəlməsinə səbəb ola bilər.

Avropanın “Kopernik” müşahidə sisteminin klimatoloqu Samanta Börjes bildirib ki, 2027-ci ilin tarixdə qeydə alınan ən isti il olması ehtimalı yüksəkdir. Onun sözlərinə görə, bu göstərici 2024-cü ildə qeydə alınmış rekord temperaturu da geridə qoya bilər.

Mütəxəssislər dünya okeanlarında temperatur göstəricilərinin də təhlükəli həddə yaxınlaşdığını qeyd edirlər. Belə ki, qütb bölgələri istisna olmaqla, dəniz səthinin orta temperaturu aprel ayında əvvəlki rekord göstəricilərə çox yaxın olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Gələn il dünyada temperatur rekord səviyyəyə çata bilər — Fins.az — Fins.az