
G7 qrupu G11 ola bilər
ABŞ Prezidenti Donald Tramp gələn ay keçirilməsi planlaşdırılmış G7 Liderlər Zirvəsi haqqında açıqlamalar verib.
Fins.az xəbər verir ki, zirvənin Vaşinqtonda üz-üzə keçirilməsini istədiyini vurğulayan Tramp, "Zirvəni, sentyabra qədər təxirə salıram. Qrupa, Rusiya, Hindistan, Cənubi Koreya və Avstraliyanın da əlavə olunmasını istəyirik" deyib.
Tramp, "G7-nin, dünyada olanları düz bir şəkildə təmsil etdiyini hiss etmirəm", şəkilində əlavə edib.
G-7, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, İngiltərə və ABŞ-dan ibarətdir.