Fransada X sosial şəbəkəsi ilə bağlı məhkəmə istintaqına başlanılıb

Fransada X sosial şəbəkəsi ilə bağlı məhkəmə istintaqına başlanılıb

DÜNYA
227

Fins.az - Fransada amerikalı milyarder Elon Musk və X sosial şəbəkəsi ilə bağlı mümkün qanun pozuntularına dair məhkəmə istintaqına başlanılıb.

Məlumata görə, yeni hüquqi mərhələ Paris Prokurorluğunun bir ildən artıq davam edən ilkin araşdırmasından sonra başlayıb. İş Fransanın milli kibertəhlükəsizlik üzrə ixtisaslaşmış jandarm bölməsinə həvalə olunub.

Araşdırma çərçivəsində xüsusilə uşaq pornoqrafiyası xarakterli materialların yayılması və saxlanılmasına yardım göstərilməsi, şəxsi məlumatların qanunsuz toplanması, elektron yazışmaların məxfiliyinin pozulması, eləcə də istifadəçilərin razılığı olmadan alqoritmik emal vasitəsilə yaradılmış məzmunların paylaşılması ilə bağlı iddialar araşdırılır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Fransada X sosial şəbəkəsi ilə bağlı məhkəmə istintaqına başlanılıb — Fins.az — Fins.az