Fransada “Marsel”in baş məşqçisinin evi qarət olunub

Fransada “Marsel”in baş məşqçisinin evi qarət olunub

DÜNYA
273

Fins.az - “Marsel” klubunun baş məşqçisi Habib Beye-nin evi qarət olunub. Hadisə aprelin 7-dən 8-nə keçən gecə baş verib.

Məlumata görə, naməlum şəxslər Fuvo kommunasında yerləşən evin hasarını aşaraq içəri daxil olub, pəncərə və jalüzləri sındıraraq mənzilə giriblər. Oğurluq zamanı müxtəlif qiymətli əşyalar, o cümlədən məşhur Louis Vuitton brendinə aid geyimlər aparılıb.

Hadisə zamanı məşqçi və ailə üzvləri xəsarət almayıb. Hazırda polis faktla bağlı araşdırma aparır və hadisənin bütün təfərrüatlarını müəyyənləşdirir.

Qeyd edək ki, Habib Beye 2026-cı ilin fevralında “Marsel” klubunun baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında komanda 7 oyunda 3 qələbə qazanıb, 4 dəfə məğlub olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Fransada “Marsel”in baş məşqçisinin evi qarət olunub — Fins.az — Fins.az