Fransada magistral yolların monitorinqi üçün dronlar sınaqdan keçirilir

Fransada magistral yolların monitorinqi üçün dronlar sınaqdan keçirilir

DÜNYA
82

Fins.az - Fransada magistral avtomobil yollarında təhlükəsizliyin artırılması məqsədilə müşahidə dronlarının istifadəsi üzrə yeni sınaqlar aparılır.

Məlumata görə, Tuluz şəhərində yerləşən “Delair” şirkəti tərəfindən hazırlanmış pilotsuz uçuş aparatı A88 avtomagistralında real şəraitdə test edilib.

Dron 5 metr qanad açıqlığına və 25 kiloqram çəkiyə malikdir və təxminən 3 saat 15 dəqiqə havada qala bilir.

O, yüksək dəqiqlikli və infraqırmızı kameralarla təchiz olunub, bu isə həm gündüz, həm də gecə vaxtı müşahidə aparmağa imkan verir.

Sınaq zamanı dron gecə saatlarında yol kənarında hərəkət edən şəxsi belə aydın şəkildə izləyə bilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Fransada magistral yolların monitorinqi üçün dronlar sınaqdan keçirilir — Fins.az — Fins.az