Fransada hər 4 nəfərdən biri maliyyə səbəbindən tibbi müayinədən imtina edib

Fransada hər 4 nəfərdən biri maliyyə səbəbindən tibbi müayinədən imtina edib

DÜNYA
97

Fins.az - Fransada səhiyyə xidmətlərinə çıxış getdikcə daha çox maliyyə imkanlarından asılı vəziyyətə düşür.

Məlumata görə, “Que Choisir Ensemble” təşkilatının keçirdiyi sorğunun nəticələrinə əsasən, 2025-ci ildə əhalinin 23 faizi maddi səbəblərə görə tibbi müayinədən və ya müalicədən imtina edib.

Bu göstərici 2023-cü illə müqayisədə 5 faiz artım deməkdir.

Sorğu nəticələri oftalmoloq, diş həkimi və ailə həkimi kimi əsas tibbi xidmətlərə çıxışın bir çox ailələr üçün çətinləşdiyini göstərir.

Mütəxəssislər bu tendensiyanın sosial bərabərsizliklərə və səhiyyə sistemində əlavə yükə səbəb ola biləcəyini bildirirlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Fransada hər 4 nəfərdən biri maliyyə səbəbindən tibbi müayinədən imtina edib — Fins.az — Fins.az