
Fransada güclü istilərə görə küçə festivallarında alkoqol qadağan edilib
Fins.az - Fransada gözlənilən ekstremal istilərlə əlaqədar bir sıra bölgələrdə ən yüksək – “qırmızı” hava təhlükəsi səviyyəsi elan olunub.
Məlumatlara görə, havanın temperaturu bəzi ərazilərdə 40 dərəcəyə qədər yüksələ bilər. Xəbərdarlıq Paris və ətraf bölgələr də daxil olmaqla 35 departamenti əhatə edir və təxminən 26 milyon nəfərə təsir göstərəcək. Daha 45 departamentdə isə “narıncı” təhlükə səviyyəsi qüvvədədir.
Yaranmış hava şəraiti ilə əlaqədar olaraq küçə və musiqi festivallarında alkoqollu içkilərin istifadəsi qadağan olunub.