Fransa şirkəti Danimarkaya Patriot alternativi PVO sistemi tədarük edəcək

Fransa şirkəti Danimarkaya Patriot alternativi PVO sistemi tədarük edəcək

DÜNYA
216

Fins.az - Fransanın müdafiə texnologiyaları şirkəti “Thales” Danimarkaya SAMP/T NG hava hücumundan müdafiə sistemini tədarük edəcək. Razılaşmaya əsasən, çatdırılmalar 2028-ci ildən başlanacaq.

Sistem Avropada hazırlanmış ən müasir yerüstü orta və uzaqmənzilli PVO komplekslərindən biri hesab olunur. O, ballistik və qanadlı raketlərin, eləcə də təyyarələrin qarşısını alma qabiliyyətinə malikdir və ABŞ istehsalı “Patriot” sisteminə alternativ kimi qiymətləndirilir.

Danimarka bu sistemi əldə edən üçüncü ölkə olacaq. Bundan əvvəl Fransa və İtaliya artıq SAMP/T NG sistemindən istifadə edir, Avropa İttifaqına üzv bir neçə ölkə isə “Patriot” sisteminə üstünlük verib.

Müqavilə Avropa ölkələrinin ABŞ silah sistemlərindən asılılığı azaltmaq və öz müdafiə sənayesini gücləndirmək strategiyası fonunda həyata keçirilir. Avropa Komissiyasının “ReArm Europe” planı çərçivəsində 2030-cu ilə qədər müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Fransa şirkəti Danimarkaya Patriot alternativi PVO sistemi tədarük edəcək — Fins.az — Fins.az