Fransa və Meksika dünya çempionatının 1/8 finalına yüksəlib

Fransa və Meksika dünya çempionatının 1/8 finalına yüksəlib

DÜNYA
194

Fins.az - Fransa və Meksika milli komandaları futbol üzrə 2026-cı il dünya çempionatının 1/8 final mərhələsinə vəsiqə qazanıblar.

1/16 finalda Fransa yığması İsveçi 3:0 hesabı ilə məğlub edib. ABŞ-nin İst-Raterford şəhərində keçirilən qarşılaşmada Kilian Mbappe 45-ci və 74-cü dəqiqələrdə fərqlənərək dubla imza atıb. Digər qolu isə 53-cü dəqiqədə Bredli Barkola vurub.

Fransa yığması 1/8 finalda Paraqvay millisi ilə qarşılaşacaq.

Digər oyunda Meksika seçməsi Ekvadoru 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib. Qarşılaşma Meksiko şəhərində baş tutub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Fransa və Meksika dünya çempionatının 1/8 finalına yüksəlib — Fins.az — Fins.az