
Fransa hökumətinin sözçüsü enerji böhranından danışıb
Fins.az - Fransa hökumətinin sözçüsü Mod Brejon ölkədə enerji böhranı yaşandığını bildirib.
O, TF1 kanalında yayımlanan “Bonjour La Matinale” verilişində çıxış edərək bu böhranın vətəndaşlara təsir etdiyini vurğulayıb.
Sözçü böhrandan çıxış üçün təcili tədbirlərin vacibliyini qeyd edib və bununla bağlı “yol xəritəsi”ni izah etdiyini bildirib.
Mod Brejon həmçinin ölkənin siyasi gündəminə toxunaraq Baş nazirin əsas xəttinin nazirliklərin dövlət işlərinə tam səfərbər olunması olduğunu deyib.