
Fransa və Böyük Britaniya Hörmüz boğazı üçün çoxmillətli dəniz missiyası yaradıb
Fins.az - Fransa və Böyük Britaniya ticarət gəmilərinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə çoxmillətli dəniz missiyasının yaradıldığını elan edib.
Prezident Emmanuel Makron və Baş nazir Kir Starmer beynəlxalq ictimaiyyətin dəniz marşrutlarının açıq qalmasına sadiq olduğunu bildiriblər.
51 ölkənin iştirak etdiyi beynəlxalq sammitdə Hörmüz boğazının dərhal, şərtsiz və məhdudiyyətsiz açılması çağırışı edilib.
Birgə bəyanatda vurğulanıb ki, beynəlxalq hüququn qorunması, iqtisadi sabitlik və gəmilərin sərbəst hərəkəti əsas prioritetlərdir. Liderlər münaqişələrin diplomatik yolla həllinə üstünlük verilməsinin vacibliyini də qeyd ediblər.