“Formula-1” Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-prisini ləğv edib

“Formula-1” Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-prisini ləğv edib

DÜNYA
336

Fins.az - “Formula-1” 2026-cı ilin aprel ayında keçirilməsi planlaşdırılan Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-prisini Yaxın Şərqdəki münaqişə səbəbindən ləğv edib.

Bu barədə “Formula-1”, Beynəlxalq Avtomobil Federasiyası (FIA) və yerli promouterlərin birgə bəyanatında bildirilib.

Eyni zamanda Yaxın Şərqdə keçirilməsi nəzərdə tutulan “Formula-2”, “Formula-3” və qadınlar arasında keçirilən F1 Academy seriyasının yarışları da ləğv olunub.

Məlumata görə, yarışlar başqa tarixə keçirilməyəcək və mövsümün mərhələlərinin sayı 24-dən 22-yə endiriləcək.

Bəhreyn Qran-prisinin aprelin 12-də Saxir trasında, Səudiyyə Ərəbistanı mərhələsinin isə aprelin 19-da Ciddə şəhərində keçirilməsi planlaşdırılırdı. Hər iki yarış gecə vaxtı süni işıqlandırma altında təşkil olunurdu.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Formula-1” Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-prisini ləğv edib — Fins.az — Fins.az