
Ford-un rəhbəri dəyişir
ABŞ avtomobil istehsalçısı Ford Motor Co. baş icraçı direktoru Jim Hackett təxminən üç ildən sonra vəzifəsindən gedəcək.
Şirkətdən bildirilib ki, Hackett Fordda "xüsusi məsləhətçi" olaraq qalacaq.
Toyota-dan 2007-ci ildə Ford-a qatılan COO Jim Farley, 1 Oktyabr tarixində qüvvəyə minən qərarla şirkətin yeni direktoru və prezidenti təyin edilib. O, eyni zamanda şirkətin idarə heyətində xidmət edəcək.
Farley, avtomobil istehsalçısının iflas ərəfəsində olduğu 2008-2009-cu illərdəki qlobal maliyyə böhranından bəri Fordun dördüncü icraçı direktoru olacaq.
Qeyd edək ki,Ford səhmləri çərşənbə axşamı ticarət zamanı 2.6% bahalaşıb.
Müəllif:Aynur Qəniyeva