
Finlandiyanın “Olkiluoto-3” AES fəaliyyəti bu səbəbdən dayandırılıb
Finlandiyanın Olkiluoto (OL3) atom elektrik stansiyasının üçüncü enerji bloku nasazlıq səbəbindən fəaliyyətini dayandırıb.
Fins.az xəbər verir ki, bu barədə elektrik stansiyasının operatoru Teollisuuden Voima məlumat verib.
"OL3 AES-də elektrik enerjisi istehsalı bu gün, 29 noyabr 2023-cü il tarixində saat 13:35-də turbin zalında nasazlıqla bağlı dayandırılıb. Hazırda nasazlığın səbəbi araşdırılır",- məlumatda deyilir.
Mehriban Mirzəzadə
Fins.az