Finlandiyalı alimlər yaraların sağalması üçün yeni üsul tapıblar

Finlandiyalı alimlər yaraların sağalması üçün yeni üsul tapıblar

DÜNYA
354

Fins.az - University of Eastern Finland alimləri yaraların sağalmasını sürətləndirən yeni üsul üzərində tədqiqat aparıblar.

Araşdırmaya görə, şam ağacı qətranının tərkibində olan pinorezinol maddəsi iltihabı azaldır və dəri hüceyrələrinin bərpasını stimullaşdırır.

Tədqiqatın müəlliflərindən biri olan Elias Haapakorva bildirib ki, qətranın antimikrob xüsusiyyətləri əvvəllər də məlum idi, lakin yeni nəticələr onun əlavə olaraq iltihab əleyhinə və regenerasiyaedici təsirə malik olduğunu göstərir.

Alimlər həmçinin güclü antimikrob aktivliyə malik qətran birləşmələri əsasında yağ-su emulsiyası hazırlayıblar ki, bu da gələcəkdə tibbdə yaraların müalicəsində istifadə oluna bilər.b

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Finlandiyalı alimlər yaraların sağalması üçün yeni üsul tapıblar — Fins.az — Fins.az