
Finlandiyada sualtı rabitə kabellərinin zədələnməsi ilə bağlı istintaq başa çatıb
Fins.az - Finlandiyanın Milli İstintaq Bürosu Tallin–Helsinki sualtı rabitə kabellərinin zədələnməsi ilə bağlı aparılan ibtidai istintaqı başa çatdırıb və işi prokurorluğa göndərib.
Finlandiya hakimiyyət orqanları Sent-Vinsent və Qrenadin adalarının bayrağı altında üzən və Rusiyadan İsrailə doğru hərəkət edən “Fitburg” gəmisinin 2025-ci il dekabrın 25-də Finlandiya körfəzində iki sualtı telekommunikasiya kabelini zədələdiyindən şübhələnirlər.
Zədələnən kabellər Finlandiyanın telekommunikasiya şirkəti Elisa və məlumat ötürülməsi sahəsində fəaliyyət göstərən Arelion Finland şirkətinə məxsusdur.