
Filippinlərdə zəlzələ nəticəsində ölənlərin sayı 61-ə çatıb
Fins.az - Filippinlərdə 8 iyunda baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 61 nəfərə yüksəlib.
Məlumata görə, yeraltı təkanlar Mindanao bölgəsində qeydə alınıb.
Fövqəladə Hallar üzrə Mülki Müdafiə İdarəsinin (OCD) məlumatına əsasən, itkin düşənlərin sayı 33 nəfərə düşüb, yaralıların sayı isə 1 221 nəfərə çatıb.
Xilasedici qruplar dağıntı bölgələrində axtarış və yardım əməliyyatlarını davam etdirir.