
Federiko Valverde dava sonrası iki həftəlik sıradan çıxıb
Fins.az - Madridin Real Madrid klubunun yarımmüdafiəçisi Federico Valverde komanda yoldaşı Aurelien Tchouameni ilə yaşanan insidentdən sonra 10-14 gün yaşıl meydanlardan uzaq qalacaq.
Klubun açıqlamasına görə, uruqvaylı futbolçuya yüngül kəllə-beyin travması diaqnozu qoyulub. Hazırda vəziyyətinin yaxşı olduğu bildirilsə də, tibbi protokollara əsasən ona iki həftəlik istirahət tövsiyə edilib.
Bununla yanaşı, Real Madrid hadisə ilə bağlı hər iki futbolçu barəsində intizam araşdırmasına başladığını açıqlayıb.