
FAO: Qlobal ət tədarükü son 60 ildə dörd dəfə artıb
Fins.az - Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yeni hesabatına əsasən, qlobal ət tədarükü son altı onillik ərzində təxminən dörd dəfə artıb.
Hesabatda qeyd olunur ki, quru heyvan mənşəli qida məhsullarının qlobal tədarükündə müşahidə olunan artım əsasən yumurta, quş əti və donuz əti istehsalının genişlənməsi hesabına baş verib.
FAO-nun məlumatına görə, dünya əhalisinin artması, gəlirlərin yüksəlməsi və qidalanma vərdişlərinin dəyişməsi heyvandarlıq məhsullarına tələbatın artmasına səbəb olub.