
Fabreqas “Komo”dan ayrılmaq istəmir, İtaliya millisindən imtina edib
Fins.az - İtaliyanın “Komo” klubunun baş məşqçisi Sesk Fabreqas hazırkı komandasından ayrılmaq fikrində olmadığını bildirib.
AZƏRTAC xəbər verir ki, adı İtaliya milli komandasının baş məşqçi postu ilə hallanan ispan mütəxəssis bu vəzifəyə keçmək niyyətində olmadığını vurğulayıb.
Fabreqas qeyd edib ki, hazırda klub səviyyəsində işləməyə üstünlük verir və gündəlik məşq prosesində iştirak etməyi daha uyğun hesab edir. Onun sözlərinə görə, yığma komandada işləmək ideyası gələcəkdə mümkün olsa da, indiki mərhələdə prioritet deyil.
Mütəxəssisin rəhbərliyi altında “Komo” A Seriyasında 32 turdan sonra 58 xalla 5-ci pillədə qərarlaşıb.